Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Date: 26 October 2016 14:17

Bakı. 26 oktyabr. REPORT.AZ/ Hidayət Türkoğlu Türkiyə Basketbol Federasiyasının yeni prezidenti seçilib.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, oktyabrın 26-da Ankarada federasiyanın növbəti qurultayı keçirilib.
Məlumata görə, o, qurumun prezidentliyinə yeganə namizəd olub və qurultayın 143 iştirakçısından 113-ü onun lehinə səs verib.
Qeyd edək ki, Hidayət Türkoğlu 1979-cu il martın 19-da İstanbulun Bayrampaşa rayonunda doğulub. O, 269 dəfə Türkiyə millisində çıxış edib. 2,08 metr hündürlüyündə olan keçmiş hücumçu 20 ilə yaxın ABŞ-ın NBA liqasında müxtəlif klublarda çıxış edib.

Tags:  Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

RƏYLƏR


Top news