Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qusarda təhlükədə olan 5 ailə ilə bağlı açıqlama - "Məsuliyyət daşımırıq"

Qusarda təhlükədə olan 5 ailə ilə bağlı açıqlama - "Məsuliyyət daşımırıq"

Date: 26 October 2016 14:17

"Qusar rayonunun Urva kəndi sürüşmə zonası kimi qeydə alınıb. Bu kənddə torpaq sürüşməsi 2009-cu ilin mart ayında baş verib. Həmin vaxt hadisədən əziyyət çəkən insanlara ev tikilib və başqa əraziyə köçürülməsi üçün göstəriş verilib. 2015-ci ildə 15 ev həmin ərazidən köçürülüb. Amma hazırda həmin ərazidə 5 ailə yaşayır".

Milli.Az bildirir ki, bu barədə aznews.az-a Qusar rayonunun Urva kəndinin icra nümayəndəsi Sülhəddin İskəndərov məlumat verib: "Hazırda həmin ərazidə yaşayan 5 ailə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Həmin ailələr təhlükəli ərazidən köçməyib. Əgər orada bir hadisə olsa ona ərazi nümayəndəliyi məsuliyyət daşımır".

Hal-hazırda kənddə sürüşmə zonasının aktivləşməsi ilə bağlı məlumata münasibət bildirərkən icra nümayəndəsi bildirib ki, son günlər intensiv yağan yağışlar nəticəsində kənddə heç bir sürüşmə qeydə alınmayıb. 

Qeyd edək ki, mətbuatda Qusar rayonu Urva kəndində sürüşmə zonalarının aktivləşməsi haqda məlumat yayılıb.

Milli.Az


Tags:  Qusarda təhlükədə olan ailə bağlı açıqlama Məsuliyyət daşımırıq

RƏYLƏR


Top news