Həkim: ''Mədə xərçəngi vaxtında aşkarlanarsa..."

Həkim: ''Mədə xərçəngi vaxtında aşkarlanarsa..."
14:22 26 Oktyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu qida mədə xərçənginin qarşısını alır (20 May 2017 11:35)
Bu tərəvəz mədə xərçəngini müalicə edir (16 May 2017 21:27)
Bədən quruluşunuz xəstəliyinizi ələ verir (10 May 2017 23:53)

"Milli Onkologiya Mərkəzində il ərzində 200-ə yaxın mədə əməliyyatı icra edilir".

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin aparıcı elmi işçisi Azər Əliyev deyib.

Onun sözlərinə görə, son dövrlərdə bütün ölkələrdə mədə xərçəngi xəstəliyinin azalması müşahidə olunur. A.Əliyev vurğulayıb ki, Azərbaycanda bu xəstəliklə bağlı statistik göstəricilər isə sabitdir, mədə xərçəngindən əziyyət çəkən xəstələrin sayı azalmasa da, artım da qeydə alınmayıb: "Belə xəstələrin sayında ciddi artım hiss olunmur, amma xəstəlik cavanlaşıb. Hazırda xəstəxanada mədə xərçəngindən əziyyət çəkən 22-27 yaşında qadınlar müalicə olunur. Bunun səbəbi orqanizmdə və genotipdə mutasiyaların getməsidir. Bəlkə də həmin insanlar 40-50 yaşında bu xəstəliyə tutulmalıdır, amma genetik dəyişikliklər səbəbindən xəstəlik tez oyanır".

Mədə xərçənginin yaranma səbəblərindən danışan həkim bildirib ki, əsas səbəb qidalanma rejiminin pozulmasıdır: "Xəstəliyin yaranma səbəbləri arasında ayaqüstü qəbul edilən qidaları, müxtəlif içkiləri, o cümlədən enerji içkilərini, mənbəyi məlum olmayan qazlaşdırılmış suları və s. göstərmək olar. Eyni zamanda, çox acılı, ədviyyatlı qidalardan istifadə edən, yeməyi, çayı, suyu qaynar qəbul edən, spirtli içkiləri normadan artıq içən insanlarda bu xəstəliyin olma riski daha çoxdur".

A.Əliyev qeyd edib ki, Azərbaycanda mədə xərçəngi ilə mübarizəylə bağlı konkret klinik proqram yoxdur: "Əgər şəxsin ailəsində, qohumlarında mədə xərçəngi olubsa, müəyyən yaşdan sonra müayinə olunmaları vacibdir. Hazırda Milli Onkologiya Mərkəzində avadanlıqlar yüksək səviyyədədir və müayinələrin aparılmasında heç bir çətinlik olmur. Müayinə üçün pasient 5-10 dəqiqə yatızdırılır və tam rahat şəkildə müayinə edilir. Xəstəliyin ikin mərhələdə aşkarlanması mümkündür. Əgər mədə xərçəngi ilkin mərhələdə müəyyən olunarsa qarşısının alınması mümkündür. Bu zaman selikli qişanın rezeksiyası (müəyyən qisminin kəsilməsi, daralması) aparılır və xəstə nəzarət altında saxlanılır. Xəstəlik ilkin mərhələlərdə tapılanda müalicəsi müsbət effekt verir. Xəstəlik mədə girəcəyində olanda qida bürosuna keçəndə, artıq total xərçəngə çevrilir".

Onun sözlərinə görə, bəzi insanlar xəstəliyə tutulandan xeyli müddət sonra həkimə müraciət edirlər və onları əməliyyat etmək mümkün olmur: "İl ərzində həkimlər 50-yə yaxın xəstənin əməliyyatından imtina edir".

Həkim bildirib ki, bu xəstəlikdə kimyaterapiya nadir hallarda yaxşı effekt verir: "Amma bu da müvəqqətidir. Təəssüf ki, kimyaterapiyanın mədə xərçəngi üçün effekti hazırda çox azdır. Bu xəstəliyin müalicəsi sahəsində əldə olunan müsbət nəticələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində aşağı səviyyədədir. Hazırda bütün dünyada bu istiqamətdə elmi araşdırmalar davam etdirilir".

A.Əliyev qeyd edib ki, mədə xərçəngi xəstəliyi aşkarlanan zaman müxtəlif kombinə edilmiş (qarışıq) müalicə metodlarında istifadə edilir: "Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin nəticələri dünya standartlarının nəticələrindən pis deyil. Belə ki, bizim şöbədə müalicə olunan xəstələrin 5 il yaşaması 40-42 faizdən yuxarıdır. Əlbəttə, xəstəlik ilkin mərhələdə aşkarlanarsa, bu göstərici 70 faizi də keçə bilər".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib

27 May 2017 14:22

29 şəhər və rayonda sınaq imtahanı keçirilib

27 May 2017 14:22

Azərbaycan Prezidenti “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinə məktub ünvanlayıb

27 May 2017 14:17

“Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər” - Deputat

27 May 2017 14:13

"Мi-8" helikopteri məcburi eniş etdi

27 May 2017 14:13

Azərbaycana məxsus helikopter qəza enişi etdi

27 May 2017 14:12

"Luiziana Caz Ansamblı"nın parlaq çıxışı - FOTOlar

27 May 2017 14:12

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək

27 May 2017 14:08

"Мi-8" helikopteri məcburi eniş edib - xəsarət alan yoxdur

27 May 2017 14:08

Tanınmış jurnalistə vəzifə verildi

27 May 2017 14:05

"Ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğurur"

27 May 2017 14:04

Ərdoğan Almaniyaya “yaxşı yol!” deyib ŞƏRTİNİ AÇIQLADI

27 May 2017 14:03

Kərəm Həsənov Balakəndə vətəndaş qəbulu keçirib

27 May 2017 14:02

Nazir müavini: Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib

27 May 2017 14:01

​Gələcəyin sərnişinləri...

27 May 2017 13:58

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər - FOTO

27 May 2017 13:57

Bakıda görülməmiş toy edən yəhudi müğənninin 16 yaş kiçik AZƏRBAYCANLI XANIMI - VİDEO

27 May 2017 13:53

Muğam Mərkəzində Əliağa Quliyevin 100 illik yubileyi - FOTO

27 May 2017 13:52

Hörümçəklər onun qulağında yuva qurdu

27 May 2017 13:52

Xoşladığınız qidalara görə xasiyyətiniz belədir...

27 May 2017 13:45

Məşhur müğənni 90 nəfəri SEKSLƏ OVSUNLADI - FOTO

27 May 2017 13:43

İlham Əliyev: Dünyanın nüfuzlu kardioloji mərkəzlərindəki ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğurur

27 May 2017 13:43

Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən şəxsə bəraət verib

27 May 2017 13:42

"Yunus Emre Aşka Yolculuk" tamaşası baş tutdu

27 May 2017 13:42

Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirilib

27 May 2017 13:42

​Azərbaycanda qoyun əti

27 May 2017 13:39

Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur - Mariya Zaxarova

27 May 2017 13:37

Gözəl Bayramova təcridxanaya köçürüldü

27 May 2017 13:33

“Bahar” və “Qum-dəniz” yataqlarından hasilat göstəriciləri açıqlanıb

27 May 2017 13:32

Mourinyo coşdu: 3 futbolçu üçün 273 milyon avro

27 May 2017 13:27

Damla haqqında ŞOK FAKT

27 May 2017 13:27

Oğlundan xalq artistinə QADAĞA - FOTO

27 May 2017 13:22

Azərbaycan sərhədlərində dəhşətli silah laboratoriyaları: ABŞ-ın gizli mərkəzlərinin ŞOK MƏQSƏDİ

27 May 2017 13:18

AXCP sədrinin müavini Bakı İstintaq Təcridxanasına köçürülüb

27 May 2017 13:17

Silahlı Nardaran sakini polis bölməsinə getdi

27 May 2017 13:17

Neftimiz yenə ucuzlaşıb

27 May 2017 13:15

Qari Cons: BP Azərbaycanla əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir

27 May 2017 13:15

Azərbaycan yol infrastrukturunun yenilənməsində Estoniya təcrübəsini öyrənir

27 May 2017 13:15

Bakıda qoca kişi yoldan keçən xanımlara söz atdı...

27 May 2017 13:14

Fələstinli məhbuslar aclıq aksiyasını dayandırdı

27 May 2017 13:12

Ali Məhkəmə bacısını öldürən şəxs və onun oğlunun kassasiya şikayətini təmin etməyib

27 May 2017 13:12

Amil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək - VİDEO - FOTO

27 May 2017 13:12

Prezident təcavüzə İCAZƏ VERDİ: “Üç qadını zorlaya bilərsiniz...”

27 May 2017 13:08

Türkiyə almaniyalı deputatlar qarşısında şərt qoydu

27 May 2017 13:08

Bakıda hoteldə FACİƏ: 1 ölü, 1 yaralı

27 May 2017 13:03

Türk futbolçular: biri "İnter"lə, digəri "Valensiya" ilə anlaşdı

27 May 2017 12:57

Polis oğlu anasını öldürdü, qanı ilə "smile" çəkdi - FOTO

27 May 2017 12:57

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir...

27 May 2017 12:57

Ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından çoxdur (FOTO)

27 May 2017 12:55

Göyçay sakinini ilan sancdı

27 May 2017 12:52