Xəyanətin tək şahidi tutuquşu oldu, amma...

Xəyanətin tək şahidi tutuquşu oldu, amma...
14:23 26 Oktyabr 2016
332 Dünya
Ölkə mətbuatı
A- A+

Küveytdə bir tutuquşu kişinin həyat yoldaşına evin xidmətçisi ilə xəyanətini ifşa edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tutuquşunun daha əvvəllər heç vaxt eşitmədiyi sevgi sözlərini təkrarlaması qadını şübhələndirib.

Qadın həyat yoldaşı ilə evin xidmətçisini gizlicə izləməyə başlayıb. Tutuquşunun eşq sözlərini təkrar etməsindən sonra qadın quşu da götürərək polisə gedib və ərinin onu aldatdığını bildirib.

Polis tutuquşunun sözlərini dəlil olaraq qəbul edilməyəcəyini, heyvanın eşq sözlərini televiziya və ya radiodan eşidə biləcəyini bildirib. Tutuquşu etibarlı bir şahid olmasa da, qadın ərinin hərəkətlərindən bir müddətdir şübhələndiyini deyib.

Kənan


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR