Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tiraya 5 oyunluq cəza, "Neftçi"yə 6200 manat cərimə kəsildi

Tiraya 5 oyunluq cəza, "Neftçi"yə 6200 manat cərimə kəsildi

Date: 26 October 2016 14:27

Topaz  Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

 

Azarkeşə əl qaldırdığı üçün qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

 

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.



Tags:  Tiraya oyunluq cəza Neftçiyə 6200 manat cərimə kəsildi

RƏYLƏR


Top news