Avtomobil və ev yanıb

Avtomobil və ev yanıb
14:29 26 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

 

Füzuli rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Əhmədbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın saat 10:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Tərtər rayonunda isə ev yanıb. Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR