""Mançester Yunayted" futbolçuları Poqba və İbrahimoviçi geri salacaqlar"

""Mançester Yunayted" futbolçuları Poqba və İbrahimoviçi geri salacaqlar"
14:32 26 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin eks-müdafiəçisi Denni Mills Pol PoqbaZlatan İbrahimoviçin "Mançester Yunayted"dəki çıxışı barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda ekspert kimi çalışan Mills "Yunayted"in orta səviyyəli futbolçulara malik olduğuna işarə vurub.

"Əla futbolçu orta səviyyəli komandada oynayanda onun səviyyəsi düşür. Çünki komanda yoldaşları onun öyrəşdiyi kimi deyil. Onlar bu futbolçunun vərdiş etdiyi şeyləri etməkdə çətinlik çəkirlər. Bəlkə də, Poqba və İbrahimoviç hazırda bununla üzləşiblər. Başqa futbolçular onlara lazımi dəstəyi verə bilmirlər. Fikrimcə, onlar Poqba və İbrahimoviçi geri salacaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR