Hakimləri təhqir edən məşqçilərə ağır cəza

Hakimləri təhqir edən məşqçilərə ağır cəza
14:37 26 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan müxtəlif yaş qrupları üzrə çempionatlarda qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:


U-16 Liqasının “Zirə” - “Ağsu” matçında “Ağsu”nun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-14 Liqasının “Yalama” (Xaçmaz) - MOK (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-14 Liqasının MOK (Xaçmaz) - “Xudat” (Xaçmaz) matçında MOK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.


U-14 Liqasında UGİM Olimpik (Qusar) - UGİM (Siyəzən) matçında UGİM Olimpik klubunun məşqçisi Səfərov Mehman hakimlər briqadasına və AFFA nümayəndəsinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb.


U-14 Liqasında Təhsil TİM (Gəncə) - Kəpəz (Gəncə)  matçında Təhsil TİM klubunun futbolçusu Əbdüləli Qasımovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra yenidən aqresivliyini davam etdirərək hakimlər briqasına qarşı nalayıq ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb. Təhsil TİM klubunun baş məşqçisi Turan Əliyev hakimlər briqadasının otağına daxil olaraq, hakimlər briqadasını təhqir etdiyinə və oyunun rəsmi şəxsinə hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb. Təhsil TİM klubunun futbolçuları və baş məşqçisi tərəfindən oyunda məcburi  fasilələr yarandığına və stadionda qayda-qanun yaradılmaması ucbatından görüş başa çatdırılmadığına görə "Təhsil TİM" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hakimlri-thqir-edn-mqcilr-ar-cza-t53654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR