103 pilləlik fərq

103 pilləlik fərq
14:42 26 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son 23 gündə cədvəldə ciddi dəyişikliklər baş verməyib.

Planetin 10 ən güclü komandasının da xal hesabında dəyişiklik qeydə alınmayıb. Braziliya, İspaniya və Rusiya ilk "üçlük"də qərarlaşıblar.
 
Azərbaycan millisi də mövqeyini qoruyub. Aktivində 1435 xal olan komandamız planetin 10-cusudur.
 
Millimizin AÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyi məlum olub. Əsas seçmə mərhələsində qarşılaşacağımız komandalardan Macarıstan 1213 xalla 26-cı, Bosniya və Herseqovina 1135 xalla 36-cıdır.
 
Bu qrupa düşmək üçün təsnifat mərhələsində mübarizə aparacaq Bolqarıstan, Albaniya, İngiltərə və Malta daha aşağı pillələrdə qərarlaşıb.
 
İngiltərə millisi 922 xalla 58-cidir. 789 xala malik Albaniya 85-ci, 769 xalı olan Bolqarıstan 88-ci, 566 xallı Malta 113-cüdür. Bu potensial rəqiblə millimiz arasında 103 pilləlik fərq var.
 
İlk "onluq"
1. Braziliya - 1915
2. İspaniya - 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan - 1435

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR