“Azərbaycan 25 il erməni terroru ilə üz-üzə” mövzusunda "dəyirmi masa" keçirilib

“Azərbaycan 25 il erməni terroru ilə üz-üzə” mövzusunda "dəyirmi masa" keçirilib
14:42 26 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Azərbaycan 25 il erməni terroru ilə üz-üzə" mövzusunda "dəyirmi masa" keçirilib. 
"Report" xəbər verir ki, tədbirdə İnstitutun direktoru, hüquq elmləri doktoru, millət vəkili Aytən Mustafazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad İzzət oğlu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədova və başqaları iştirak ediblər. 
İnstitutun direktoru Aytən Mustafazadə bildirib ki, bu gün Azərbaycanın atdığı hər addım düşünülmüş və vətəndaşların təhlükəsizliyinə xidmət etmək üçündür: "Ermənilərin qəhrəmanlıq saydığı cinayətlərin beynəxalq səviyyədə cavabının verilməsinə nail olacağıq".
İnstitutun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə İnstitutun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gördüyü işlərdən danışıb. O, rus kəşfiyyatçısı, polkovnik Savelyevin "cavabsız qalmış 25 yaşlı" etiraf məktubunu oxuyub.
QMİ sədrinin müavini, professor Fuad İzzət oğlu deyib ki, müsəlman olduğumuz üçün bu gün bizə qarşı hücumlar var: "Ermənilər tərəfindən olan terrorun da bir səbəbi bizim müsəlman olmağımızdır. Ermənilər özlərini dünyada yazıq və məzlum kimi göstərir. Azərbaycan xalqı isə başını dik tutur. Bir millət ki, haqqın arxası ilə gedir, nə qədər çətin olsa da istədiyinə nail olacaq. Bu gün azad və demokratik dövlətimizlə fəxr etməliyik və mübarizəmizdən əl çəkməməliyik". 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, professor Firdovsiyyə Əhmədova vurğulayıb ki, ermənilər həmişə öz müqəddəratlarını təyin etmək üçün terrordan istifadə ediblər: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo məsələsi saxlanılır. Erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalıyıq". 
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-25-il-ermeni-terroru-ile-uz-uze-movzusunda-deyirmi-masa-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR