Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaraçay daşıb, Göranboyda 10 kəndi su basıb - FOTO

Qaraçay daşıb, Göranboyda 10 kəndi su basıb - FOTO

Date: 26 October 2016 14:47

Azərbaycanda yağan intensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb. 

Milli.Az report-a istinadən bildirir ki, leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb.
Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yararsız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb. 
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az










Tags:  Qaraçay daşıb Göranboyda 10 kəndi su basıb FOTO

RƏYLƏR


Top news