Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Date: 26 October 2016 14:52

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün, oktyabrın 26-da keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 6,5%-də saxlayıb. "Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi olub. 
Xatırladaq ki, avqustda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Tags:  Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

RƏYLƏR


Top news