Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub

Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub
14:57 26 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedevin də iştirak etdiyi forumun keçirildiyi binada yanğın baş verib. 
"Report" TASS-a istinadən xəbər verir ki, hökumət başçısı və digər iştirakçılar binadan təxliyə olunublar. 
Onunla birlikdə Moskvanın Skolkovo rayonunda keçirilən "Açıq innovasiya" forumunun iştirakçıları da zalı tərk etməyə məcbur olublar.
Məlumata görə, forumda müzakirə zamanı aparıcı iştirakçıları təhlükəsizlik məqsədi ilə zalı tərk etməyə çağırıb. 
Tədbir keçirilən binadan yanıq qoxusu gəlib və tüstü müşahidə edilib. Belə ki, binanın ikinci mərtəbəsində yanğın baş verib.
İnformasiyaya görə, yanğın artıq söndürülüb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-bas-naziri-yangin-sebebinden-tedbirin-kecirildiyi-binadan-texliye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR