İki şirkətə icbari sığorta fəaliyyəti aparmağa icazə verilib

İki şirkətə icbari sığorta fəaliyyəti aparmağa icazə verilib
15:05 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 26 oktyabr tarixli qərarına əsasən, "Günay Sığorta" ASC və "Qala Sığorta" ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib.

Palatadan Trend-ə verilən məlumata görə, "Günay Sığorta" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növləri, "Qala Sığorta" ASC tərəfindən isə "Sərnişinlərin icbari fərdi qəza sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib. Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/483398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR