Medvedevi yanğına görə təxliyyə etdilər

Medvedevi yanğına görə təxliyyə etdilər
15:08 26 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın baş naziri Dmitri Medvedev “Açıq innovasiyalar” Forumun keçirildiyi "Skolkovo" İnnovasiya Mərkəzindən təxliyyə edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, müzakirələr zamanı aparıcı təhlükəsizlik üçün zalı tərk etməyə çağırıb.

Məlumata görə, əsas zalda yanıq qoxusu hiss edilib.

Təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin sözlərinə görə, yanğın ikinci mərtəbədə baş verib və zalın üzərindəki günbəzdə kabel alışıb. Mərkəzin yanğın təhlükəsizliyi xidmətinin əməkdaşları qısaqapanmanın olduğunu bildirib.

Hazırda yanğın söndürülüb. Tüstünün yayılmaması üçün korpusda ventilyasiya sistemi qoşulub.

Daha əvvəl isə forum çərçivəsində keçirilən iclaslardan birində işıq gözlənilmədən söndü və spikerlərin mikrofonları kəsilib. Nasazlıqları aradan qaldırmaq üçün mütəxəssislərə təxminən 20 dəqiqə lazım olub.

Forumda baş nazirlə yanaşı, baş nazirin müavini Arkadi Dvorkoviç, nazirlər və biznesmenlər iştirak edirdilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR