Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çuğundur və soğan suyunu saçınıza sürtsəniz...- FOTOLAR

Çuğundur və soğan suyunu saçınıza sürtsəniz...- FOTOLAR

Date: 26 October 2016 15:08

Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması, düzləşdirilməsi, qeyri-sağlam qidalanma və ya sadəcə mövsümlə əlaqədar olaraq saçların tökülməsi prosesi daha da sürətləndirir.

Publika.az saçları gurlaşdıran və sağlam edən maska reseptlərini təqdim edir.

Alma sirkəsi və ya düyü şərabı sirkəsi

Saç kaybını önleyen doğal yöntemler

Sirkə xüsusilə yağlı saçlarda saç tökülməsinin qarşısını alan ən yaxşı vasitədir. Eyni zamanda saç köklərində qan dövranını sürətləndirir. Su ilə qarışdırılmış sirkəni baş dərsinə masaj edərək çəkin və 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Yerkökü və hindqozu yağı südü

Saç kaybını önleyen doğal yöntemler

Yerkökü suyu və hindqozu yağını qarışdırın və saça çəkin. Bu, saçınızın sağlam və güclü qalmasına yardım edəcək.

Çuğundur

Saç kaybını önleyen doğal yöntemler

Təxminən 10 dəqiqə ərzində çuğundur kökünü qaynadın. Suyu soyudun və baş dərinizə tətbiq edin. Həftədə 2 və ya 3 dəfə saçınızı çuğundurla yaxalayın.

Soğan, sarımsaq və limon

Saç kaybını önleyen doğal yöntemler

Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərisinə çəkin. 20 dəqiqə sonra qoxusunu yox etmək üçün limon suyu ilə yaxşıca yaxalayın. Ən sonda balzam və ya saç kremi istifadə edin.

Əzvay bitkisi

Saç kaybını önleyen doğal yöntemler

Yarpağından alınan jeleni bir kasa su ilə qarışdırın. Saç diblərinə və baş dərinizə masaj edərək çəkin. 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Aytən


Tags:  Çuğundur soğan suyunu saçınıza sürtsəniz- FOTOLAR

RƏYLƏR


Top news