Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azarkeşi vuranın cəzası məlum oldu

Azarkeşi vuranın cəzası məlum oldu

Date: 26 October 2016 15:13

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.


Tags:  Azarkeşi vuranın cəzası məlum oldu

RƏYLƏR


Top news