Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"

Nazir müavini: "Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur"
15:32 26 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan bu gün Minskdə keçirilən "UNECE (BMT Avropa İqtisadi Komissiyası - red) regionunda 2030-cu ilə qədər iqtisadi inteqrasiya və davamlı inkişafın əsasının qoyulması" konfransında iştirak edir.
"Report" BELTA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Tədbir çərçivəsində nazir müavini müasir dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasının birgə hazırlanmasının zəruriliyini vurğulayıb: "Bu məsələlər Azərbaycan üçün də vacibdir. Azərbaycan regional inteqrasiya birliklərində fəal təmsil olunur, bütün aktual məsələlər barədə fikrini söyləyir".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/nazir-muavini-azerbaycan-regional-inteqrasiya-birliklerinde-feal-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR