Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millət vəkili: "O, bütün Azərbaycandan üzr istəməli, sonra ölkədən qovulmalıdır"

Millət vəkili: "O, bütün Azərbaycandan üzr istəməli, sonra ölkədən qovulmalıdır"

Date: 26 October 2016 15:42

Millət vəkili Aqil Abbas "Neftçi"nin rumıniyalı futbolçusu Katalin Tiranın "Qarabağ"la oyunda meydana girən azarkeşi vurmasına münasibət bildirib.
 
Milli.Az bildirir ki, o, qol.az-a açıqlamasında əcnəbi futbolçunun bu tərbiyəsizliyini kəskin pisləyib və onun klubdan qovulmalı olduğunu deyib: "Belə bir hadisəni ilk dəfə görürəm. Yadınızdadırsa, bir dəfə "Barselona"nın futbolçusu Lionel Messi bilmədən azarkeşin salamını almamışdı. Bütün dünya ayağa qalxdı ki, Messi uşağı niyə təhqir elədi. Sonra Messi o uşağı stadiona apardı və ondan üzr istədi. Mən başa düşə bilmirəm, sən azarkeşi niyə döyürsən? Qəribə burasıdır ki, futbolçular Katalin Tiraya qırmızı vərəqə göstərdiyinə görə hakimə etiraz edirdi. Hətta "Qarabağ"ın futbolçuları da hakimin qərarından narazı idi. O futbolçu qovulmalıdır. Ancaq, ilk növbədə, bütün Azərbaycandən üzr istəməlidir. Düzdür, baş məşqçi Elxan Abdullayev deyib ki, komandadan qovacağıq. Ancaq birinci üzr istəməlidir".
 
Aqil Abbas ümumilikdə klubların legioner transferində işləri düzgün qurmadığını qeyd edib: "Bu, ciddi bir müzakirə mövzusudur. Gedib küçədən, çayxanadan futbolçuları yığıb gətirirlər. Çempionatda da onlar oyanyır. Bəs bizim futbolçular özünü harda göstərəcək, məhlədə? Bu qədər legioneri niyə gətirirlər? O qədər pulu xərcləməkdənsə, 3-4 normal legioner almaq daha yaxşı olar. Deməli, nəsə məqsədləri var".

Aqil Abbas "Neftçi"nin acınacaqlı durumu haqda da danışıb: ""Neftçi"də hər şey pozulub. Klubu yenidən toparlamaq lazımdır. Elə bil ki, 70 ilin köhnə maşınını divara vurub əziblər. İndi maşını yaxşı ustaya aparıb yığdırmaq əvəzinə, çəkiclə döyəşləyib düzəltmək istəyirlər. Üzümü "Neftçi" azarkeşlərinə tutub demək istəyirəm ki, hər dəqiqə etiraz etmək lazım deyil. Dünən "Neftçi" pis çıxış etmədi. Amma "Qarabağ"la oynayırdı. Axı "Neftçi" indi özünü toparlayır".

Milli.Az


Tags:  Millət vəkili bütün Azərbaycandan üzr istəməli sonra ölkədən qovulmalıdır

RƏYLƏR


Top news