“Tour d`Azerbaidjan-2017”in keçiriləcəyi vaxt müəyyənləşib – rəsmi açıqlama

“Tour d`Azerbaidjan-2017”in keçiriləcəyi vaxt müəyyənləşib –   rəsmi açıqlama
15:47 26 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+


“Şosse velosipedində bu il üçün həm yığma, həm də "Synergy Baku" kontinental komandasının yerli və xarici yarışlar mövsümü artıq başa çatıb. Bir qədər istirahətdən sonra velosipedçilər qış hazırlıq mərhələsinə start verəcəklər”. Bu sözləri Fanat.Az saytına açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev deyib.


Bir neçə gün öncə Fransanın paytaxtı Parisdə velosiped idmanının trek növü üzrə Avropa çempionatına yekun vurulub. Yarışda ölkəmiz bir idmançı ilə - keyrin növündə mübarizə aparan Sergey Omelçenko ilə təmsil olunub.

 

32 idmançının iştirak etdiyi bu növdə Sergey Omelçenko 1-ci mərhələni uğurla dəf edib - o,  Litva, Fransa, Hollandiya və Belarus təmsilçiləri ilə eyni xətdə yer alıb və hamını qabaqlamaqla qrup birincisi kimi birbaşa yarımfinala vəsiqə qazanıb.

 

Finala çıxmaqla medallar uğrunda mübarizə aparmaq üçün Sergey Omelçenkoya yarımfinal yürüşündə cəmi bir neçə sm çatmayıb. Polşa, İspaniya, Fransa, həmçinin Çexiyanın 2 idmançısı ilə mübarizənin yekununda ilk üçlükdən kənar qalan təmsilçimiz 4-cü olub və bununla da 7-12-ci yerlər uğrunda yarışmalı olub.

 

Son yürüşdə Böyük Britaniya və Çexiya idmançılarından geri qalan, amma İspaniya və Yunanıstanın 2 velosipedçisini qabaqlayan Omelçenko bununla da Avropa çempionatını 9-cu pillədə başa vurmaqla aktivinə 300 reytinq balı yazıb. Qeyd edək ki, reytinq xalları idmançımıza gələn ay başlayacaq və 4 mərhələdən ibarət olacaq Dünya Kuboku yarışlarında iştirak baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Musayev  bildirib ki, daxili və xarici yarışlar mövsümü gələn ilin fevral ayında başlayacaq: “İl ərzində əsasən "Synergy Baku" kontinental komandasının yarışları diqqət mərkəzində oldu və komandanın 2016-cı ildəki çıxışları kifayət qədər uğurlu alındı. Amma təbii ki hər mövsümün sonunda müəyyən dəyişikliklər olur. İlin sonunadək komandadan gedənlər və yeni gələnlər tam müəyyənləşəcək. Məsələ burasındadır ki, ağır mövsümdən sonra velosipedçilər qısamüddətli istirahətdədirlər.


Federasiya rəsmisinin sözlərinə görə, “Tour d`Azerbaidjan” veloyürüşü gələn il üçün də nəzərdə tutulub: “Artıq gələn il üçün “Tour d`Azerbaidjan” veloyürüşü Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə daxil edilib və 3-7 may tarixləri arasında keçiriləcək. Bundan başqa, gələn il oktyabrın 1-də Azərbaycanda dağ velosipedi üzrə də mötəbər beynəlxalq yarış təşkil olunacaq. Bu yarış da artıq UCİ-ın təqvim planında yer alır”.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tour-dazerbaidjan-2017in-kecirilcyi-vaxt-muyynlib-t53657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR