Ali Məhkəmə Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən Rusiya vətəndaşının bəraət hökmünü ləğv edib

Ali Məhkəmə Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən Rusiya vətəndaşının bəraət hökmünü ləğv edib
15:47 26 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Vəkil məhkəmə zalında həbs olundu - BAKIDA (24 May 2017 16:42)
Prokuror kriminal avtoritetə cəza istədi (23 May 2017 13:52)
Prokuror kriminal avtoritetə 8 il cəza istəyib (23 May 2017 13:22)

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ali Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Aleksandr Aleksandroviç İvanyukun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun kassasiya protesti qismən təmin edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib. İş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü ilin sentyabr ayının 21-də Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 104 saylı binanın 44-cü mənzilində baş verib. Həmin ünvanda Rusiya vətəndaşları A.İvanyuk və Sergey Siçenkov arasında mübahisə yaranıb. Belə ki, S.Siçenkovun 100 manat pulu itib. Bundan sonra A.İvanyukdan şübhələndiyini bildirib. Daha sonra S.Siçenkov A.İvanyuku döyüb. Bu zaman A.İvanyuk S.Siçenkovu eyvandan aşağı atıb. Hadisə nəticəsində S.Siçenkov ölüb.
Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə A.İvanyuk barəsində cinayət işi başlanılıb.
İstintaq zamanı CM-in 124-cü maddəsi həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunub və Nərimanov Rayon Məhkəməsində A.İvanyuk barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq və məhkəmə zamanı A.İvanyuk özünü təqsirli bilməyərək göstərib ki, o, S.Siçenkovu öldürməyib. O ifadəsində bildirib ki, S.Siçenkov onu döyən zaman o, eyvanda yarı yıxılı vəziyyətdə olub. A.İvanyuk deyib ki, həmin zaman S.Siçenkovun ayaqlarından tutub saxlamağa cəhd edib, lakin mərhum arxası küçəyə olan vəziyyətdə məhəccərdə oturduğundan onu yenidən təpiklə vurmaq istəyəndə müvazinətini itirərək aşağı yıxılıb. Məlum olub ki, S.Siçenkov həmin gün spirtli içki qəbul edib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə ani baş verdiyindən o, S.Siçenkovu tutub saxlaya bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İvanyuk 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ülkər Yusifova apellyasiya şikayəti verib. Bakı Apllyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Daha sonra işə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, A.İvanyuk barəsində Bakı Apllyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işinə yenidən baxılması üçün Bakı Apllyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, A.İvanyukun apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövvlət ittihamçısı kassasiya protesti verib.
Xatırladaq ki, hər iki şəxs Rusiya şirkətlərindən birinin əməkdaşları olub və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin verdiyi sifarişi yerinə yetirmək üçün Bakıya gəlib. Sifarişə əsasən, onlar səfirlikdə videogörüntü və mühafizə sistemlərini quraşdırmalı idi.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Məclis sədri: "Qazaxıstanla Azərbaycanın beynəlxalq və regional məsələlər üzrə mövqeyi üst-üstə düşür"

25 May 2017 13:02

Azərbaycanda qalxanabənzər vəz xəstələrin sayı artır

25 May 2017 13:01

"Qızıl" qazananlara AFFA da pul verəcək - 20 000 manat

25 May 2017 12:57

İlk dəfə "CinemaPlus Azerbaijan" kinoteatrı fasiləsiz ‎işləyəcək - FOTO

25 May 2017 12:57

Sabahın HAVAsı

25 May 2017 12:57

Azərbaycanda "zob" xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb

25 May 2017 12:57

Saxta əsginasla bağlı iki nəfər saxlanıldı

25 May 2017 12:56

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşılarından biri oldu

25 May 2017 12:55

BŞH: Formula 1 yarışına xaricdən böyük maraq var

25 May 2017 12:55

Pomidor aldı, çiyələk çıxdı - FOTOLAR

25 May 2017 12:53

Ronaldunun işi ilə bağlı sənədlər prokurorluğa göndərildi

25 May 2017 12:52

Teymur Rəcəbov: "Londondakı İddiaçılar Turnirindən sonra heç cür bərpa ola bilmirəm"

25 May 2017 12:52

Avtobuslar əvvəlki yerlərinə qaytarılacaq - Sərnişinlərin NƏZƏRİNƏ

25 May 2017 12:52

Jurnalistlərə ev verilməsində "texniki işçilər" anlayışına aydınlıq gətirildi

25 May 2017 12:50

Polis 30 min manat saxta pul aşkarladı

25 May 2017 12:48

Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi

25 May 2017 12:47

Zaur müğənnini əvvəlcə ağlatdı, sonra isə güldürdü - VİDEO

25 May 2017 12:47

Braziliyada ölkə başçısına qarşı etirazlar davam edir

25 May 2017 12:45

Sabah paytaxtda 25°, bölgələrdə 28° isti olacaq

25 May 2017 12:43

Unibank ilin ən innovativ bankı seçildi

25 May 2017 12:43

Masallıda saxta əsginasla bağlı iki nəfər saxlanılıb

25 May 2017 12:43

Röyanın gənc oğlanla o görüntüləri yayıldı

25 May 2017 12:43

Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər

25 May 2017 12:42

"Rəqib çempionluğu gözəl futbolla qazanmadı"

25 May 2017 12:42

ATƏT qoşunların qarşıdurma xəttində monitorinq keçirib

25 May 2017 12:42

Nazir müavini Beynəlxalq Bankla bağlı yaranan problemlərə aydınlıq gətirdi

25 May 2017 12:38

Əvvəl ana və sonra oğul özünü eyni ağacda asdı - TƏFƏRRÜAT

25 May 2017 12:37

Azər Bayramov: "ABB-dəki əmanətlərlə bağlı məhdudiyyət yoxdur"

25 May 2017 12:37

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

25 May 2017 12:37

Külək 51 yaşlı aktrisanı biabır etdi - FOTO

25 May 2017 12:37

“Galaxy S9” smartfonu haqda ilk təfərrüatlar məlum olub

25 May 2017 12:35

Hakerlər qurğulara müdaxilə məqsədilə subtitrlərdən istifadə edirlər

25 May 2017 12:35

Sabah paytaxtda hava belə olacaq

25 May 2017 12:35

“Azərbaycan dünyaya sübut etdi ki, İslam ölkələrinin gəncləri...” - FOTOLAR

25 May 2017 12:33

AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi keçirildi - FOTO

25 May 2017 12:33

Rəqs öyrədən robot da hazırlandı - VİDEO - FOTO

25 May 2017 12:32

Azərbaycanın müdafiə naziri Rusiyaya gedib

25 May 2017 12:27

Onların arasında biri var... - FOTO

25 May 2017 12:27

Bakıda evakuator maşını qəzaya uğrayıb, xəsarət alan var

25 May 2017 12:27

AFFA İslamiadada "qızıl" qazananlara nə qədər mükafat verəcək?

25 May 2017 12:27

Mourinyo rekorda imza atdı

25 May 2017 12:27

Bərdədə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

25 May 2017 12:22

AMB-nin dövriyyədə olan notlarının həcmi 100 mln. manata çatıb

25 May 2017 12:22

“Qarabağ”a İtaliyadan 3 rəqib: Çitro hansını seçəcək?

25 May 2017 12:22

Yəhudi milyarderin azərbaycanlı qohumu TOY EDİR

25 May 2017 12:18

Paltaryuyan maşına bir qaşıq qara istiot əlavə edin

25 May 2017 12:18

Bu görüntülər Bakıda çəkildi - Gəlin köçən qızla atası hamını ağlatdı - VİDEO

25 May 2017 12:17

SÜRÜCÜLƏR, DİQQƏT!

25 May 2017 12:15

“Made in Azerbaijan-2” layihəsi yekunlaşdı

25 May 2017 12:13

Azərbaycana gələn xarici vətəndaşların sayı açıqlandı

25 May 2017 12:13