Azərbaycan spirtli içki ixracını 32% azaldıb

Azərbaycan spirtli içki ixracını 32% azaldıb
15:52 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2016-cı ilin ilk 9 ayında 13 045,45 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 6 115,42 min dollar yaxud 31,92% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,20%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 45 297,71 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 7 235,19 min dollar və ya 13,77% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,73% təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-spirtli-icki-ixracini-32-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR