Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Səfiri adlandırılmağım məni çox sevindirir" - Prosineçki İlham Əliyevə təşəkkür etdi

"Səfiri adlandırılmağım məni çox sevindirir"  - Prosineçki İlham Əliyevə təşəkkür etdi

Date: 26 October 2016 15:57

“Öz ölkəmin prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam”. Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

AFFA-nın saytına açıqlama verən 47 yaşlı çalışdırıcı prezident İlham Əliyevin milli komanda və Prosineçkinin özü barədə səsləndirdiyi xoş sözlər barədə münasibət bildirib.

 

O qeyd edib ki, ölkə başçısı ilə görüşdüyü üçün fəxr hissi keçirir: “Azərbaycan prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdir və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdir. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.


Fanat.Az





Tags:  Səfiri adlandırılmağım məni çox sevindirir Prosineçki İlham Əliyevə təşəkkür etdi

RƏYLƏR


Top news