Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəlilabadda iaşə obyektlərini su basıb - FOTO

Cəlilabadda iaşə obyektlərini su basıb - FOTO

Date: 26 October 2016 16:04

Yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib.

 

APA-nın cənub bürosunun məlumatına görə, rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb.

 

Ərazidəki bəndin dağılma təhlükəsi yarandığı üçün qabaqlayıcı tədbirlər görülür.

 

Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

 

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə qabaqlayıcı tədbirlər görür.






Tags:  Cəlilabadda iaşə obyektlərini su basıb FOTO


RƏYLƏR


Top news