Cəlilabadda Mişarçay su anbarında suyun səviyyəsi qalxıb, bəzi evlər su altında qalıb

Cəlilabadda Mişarçay su anbarında suyun səviyyəsi qalxıb, bəzi evlər su altında qalıb
16:07 26 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 26 oktyabr. REPORT.AZ/ Son günlər Cəlilabad rayonunda intensiv yağan yağışlar bu gün daha da güclənib. 
“Report”un Aran bürosu xəbər verir ki, nəticədə rayonun mərkəzindən keçən Mişarçayın üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Bu da yaxınlıqdakı ərazilər üçün təhlükə yaradıb. Ona görə də bəndlərin uçulmasının qarşısını almaq məqsədilə həmin əraziyə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Texnikalar vasitəsilə bəndlər daha da bərkidilir. Amma buna baxmayaraq, Mişarçayın yaxınlığındakı bir neçə obyekt suyun altında qalıb. Gediş-gəliş çətinləşib. Bu da sakinlərin narahatlığına səbəb olub.
Yağışların intensiv yağması nəticəsində bəzi həyətlər su altında qalıb. Rayon fövqəladə hallar komisiyyasından verilən məlumata görə, hazırda Mişarçay su anbarı tam nəzarətdədir. Bəzi həyətlərə dolmuş sel-suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür. Hələlik rayonda vəziyyət sabit olaraq qalır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/celilabadda-misarcay-su-anbarinda-suyun-seviyyesi-qalxib-bezi-evler-su-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR