Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xəzəryanı ölkələr ilkin saziş imzaladılar

Xəzəryanı ölkələr ilkin saziş imzaladılar

Date: 26 October 2016 16:12

Tehranda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun 47-ci iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki günlük iclasda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinləri dənizin hüquqi statusu ilə bağlı danışıqlar aparıblar.

Görüşdə Xəzəryanı ölkələr üçün maraq kəsb edən su resurslarının istismarı, naviqasiya, tranzit, enerji resursları və digər məsələlər müzakirə olunub.

İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, iclas zamanı tərəflər arasında ilkin saziş bağlanıb.

Həmçinin danışıqların növbəti raundunun Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi barədə razılığa gəlinib.

Milli.Az


Tags:  Xəzəryanı ölkələr ilkin saziş imzaladılar

RƏYLƏR


Top news