Bakı Gəmiqayırma Zavodunda 2 unikal gəmi-bərə tikiləcək

Bakı Gəmiqayırma Zavodunda 2 unikal gəmi-bərə tikiləcək
16:12 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilə imzalanıb. 
"Report" xəbər verir ki, sənəd "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və Bakı Gəmiqayırma Zavodunun baş meneceri Xi Çonq Lam (Khee Chong Lam) arasında rəsmiləşdirilib. 
Tədbirdə R.Vəliyev yeni gəmi layihəsi barədə məlumat verərək bildirib ki, gəmiçilik son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik gəmi konsepsiyasının hazırlanması üçün müzakirələr aparıb və Xəzərdə suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq 100 sərnişin, 56 vaqon və ya yük maşını (TİR) tutumlu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi hazırlanıb.
Qeyd edək ki, layihənin dəyəri 132 mln. manat təşkil edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-gemiqayirma-zavodunda-2-unikal-gemi-bere-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR