Sürüşmə sahələrinin 90%-i aktivləşib

Sürüşmə sahələrinin 90%-i aktivləşib
16:13 26 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabr ayı ərzində müşahidə edilən yağışlı hava şəraiti səbəbindən yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası daxil olmaqla respublika ərazisində 85 ekzogen proses-uçqun, subasma, çökmə və sürüşmə sahəsi üzrə monitorinq işləri davam etdirilir: “Respublika ərazisində Abşeron yarımadası istisna olmaqla 70 sürüşmə sahəsinin 90 faizində aktivləşmə müşahidə olunub. Bir qismində ciddi, bəzilərində nisbi aktivləşmə qeydə alınıb. Bununla yanaşı meşə sahələrində lokal sürüşmə baş verib. Lakin onlar yaşayış məntəqələri ərazisinə düşmədiyinə görə infrasturuktura ciddi təsiri qeydə alınmır”.

Onun sözlərinə görə, İsmayıllı rayonunda Sədiyan kəndi ərazisində yeni yaranmış sürüşmə sahəsi aktiv fazadadır: “Həmin ərazidə sürüşmənin təkrar aktivləşəcəyi 90 faiz ehtimal olunur. Bu səbəbdən də həmin sürüşmə sahəsində 4 ailə köçürülüb. İstisudakı sürüşmə sahəsində aktivlik gözləniləndir. Cəlilabad Soltankənd avtomobil yolunda baş vermiş çökmə də yeni baş vermiş prosesdir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/173622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR