Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Polis Akademiyasının tələbələri dalaşdı, 1 nəfər bıçaqlandı

Polis Akademiyasının tələbələri dalaşdı, 1 nəfər bıçaqlandı

Date: 26 October 2016 16:13

Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

"Report"un məlumatına görə, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Tags:  Polis Akademiyasının tələbələri dalaşdı nəfər bıçaqlandı

RƏYLƏR


Top news