Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəbnəm kəbin kağızını göstərdi - foto

Şəbnəm kəbin kağızını göstərdi -  foto

Date: 26 October 2016 16:21

Müğənni Şəbnəm Əsədova şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi “Həyat tərzi” verilişində ailəli insanla münasibətdə olması məsələsinə aydınlıq gətirib. Kəbin kağızını nümayiş etdirən Şəbnəm bildirib ki, böyüklərin razılığı ilə kəbin kəsdirib:

“Deyirlər, Şəbnəm xanım ailə dağıdır. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Bu insan sosial şəbəkəni, gündəmi sevmir. Mənim uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir.

Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda boşanıb. O, uşaqlarını atmayıb, onlara baxır. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik".
 


Tags:  Şəbnəm kəbin kağızını göstərdi foto

RƏYLƏR


Top news