Şengen zonasına aid sərhəddə yoxlamanın müddəti daha 3 ay uzadılıb

Şengen zonasına aid sərhəddə yoxlamanın müddəti daha 3 ay uzadılıb
16:27 26 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı Komissiyası 5 ölkənin sərhədində nəzarət məqsədi ilə sənədlərin yoxlaması müddətinin uzadılması haqda qərar qəbul edib.
"Report" Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, Almaniya, Avstriya, Norveç, Danimarka və İsveçlə Şengen müqaviləsinə üzv dövlətlər arasında nəzarət yoxlamasının müddəti daha 3 ay uzadılıb.
Məlumata görə, 2015-ci ildə qəbul edilən bu qərarın müddəti noyabrın 12-də başa çatacaq.
Avropa İttifaqı Komissiyası sədrinin müavini Frans Timmerman məsələ ilə bağlı deyib: "Şengen zonasında normal fəaliyyətə qayıtmaq üçün daha çox səy göstəririk. Biz bu istiqamətdə çox işlər görsək də hələ ki istədiyimiz səviyyəyə gəlib çatmamışıq".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/sengen-zonasina-aid-serhedde-yoxlamanin-muddeti-daha-3-ay-uzadilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR