Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gənc Tamaşaçılar Teatrında 8 tamaşa

Gənc Tamaşaçılar Teatrında 8 tamaşa

Date: 26 October 2016 16:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərini oktyabr ayının son üç günü maraqlı tamaşalar nümayiş etdirəcək.

Teatrdan Axşam.az-a bildirilib ki, üç gün ərzində teatrda həm azyaşlı izləyici və məktəblilər, həm də gənclər və yaşlı nəslin nümayəndələri üçün 8 tamaşa göstəriləcək. Həftənin və ayın son günləri göstəriləcək tamaşalardan 4-ü uşaq, 4-ü isə böyüklər üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, oktyabrın 30-da nümayiş etdiriləcək “Uzuncorab Peppi” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı, “Azercell Telekom” və İsveç səfirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Hazırlıqlarına ötən teatr mövsümünün sonlarından başlanan beynəlxalq layihəyə Gənc Tamaşaçılar Teatrının bədii heyəti ilə yanaşı, İsveç və danimarkalı teatr mütəxəssisləri də cəlb olunub.






Tags:  Gənc Tamaşaçılar Teatrında tamaşa

RƏYLƏR


Top news