Rəhim Rəhimli buket biznesinə başlayır? - FOTO

Rəhim Rəhimli buket biznesinə başlayır? - FOTO
16:42 26 Oktyabr 2016
70 Şou
Ölkə mətbuatı
A- A+

Rəhim Rəhimli buket biznesinə başlayır?

Aparıcı Fira işə düzəltmə bürosu açdı.

Nadir Qafarzadə yayda hoteldə kiminlə yaxalandı?

Hansı aparıcı canlı yayımda göbək atdı?

Milli.Az bildirir ki, oktyabrın 22-i və 23-ü bu intriqalı suallara cavab verən "Oyan Azərbaycan" qonaq-qaralı və super əyləncəli oldu. Şənbə günü Nadir Qafarzadə və Nahidə Orucova, bazar günü isə Rəhim Rəhimli və rəqqasə Renka Blək Angel proqramda əsl musiqi fırtınası qopardılar. Xoş zarafatlar, əyləncəli viktorinalar, dinamik mahnılar tamaşaçılara gözəl pozitiv impuls verdi. Rəhim rəqqasə Renkanın bacısının düzəltdiyi meyvə buketindən heyranlığını gizlətməyərək, aparıcı Firaya biznes ortaqlığı təklif etdi: "Qızlar, gəlin təcili bu işin biznesini quraq! İşimiz əla gedər, pul sıxıntımız heç vaxt olmaz, ciddiyəm!" Renka "Çörəyimə bais olsam da, sənə öyrədərəm" deyib, Firaya oriental rəqsin bir neçə açar elementini öyrətdi.

Bazar günü efiri də olduqca maraqlı keçdi. Fira Nadir Qafarzadəyə yayda eyni hoteldə istirahət etdiklərini də xatırlatdı: "Ancaq mən sizi hoteldə cəmi 1-2 dəfə gördüm. Nə vaxt baxırdım, həyat yoldaşınla səsin partilərdən gəlirdi". Nadir cavabında: "Bəli, mən əyləncəni, səs-küyü, şadyanalığı sevirəm. Ona görə də belə qalmışam. Kim baxır, deyir ki, ay Nadir, səni neçə ildir tanıyırıq, heç dəyişmirsən. Çünki həm özümə baxıram, həm də çalışıram ki, hər şey haqda pozitiv düşünüm. Yoxsa tez qocalaram".
Maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları umidvarıq ki, hədəfinə çatdı.

Səbail Rayon Əmək və Məşğulluq İdarəsinin direktoru Fərəc Qasımzadə rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqda məlumat verəcək. İş axtaran seyrçilərin, sadəcə, canlı efir zamanı 404 3115 şəhər və (055) 699 4217 mobil nomrəsinə zəng vurmaları kifayətdir. Bu imkanı yaratdığı üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyliyə xüsusi təşəkkür düşür.
 
"Qəbulumuzdur" rubrikasında qonaq "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev oldu. Qış mövsümündə qazın təzyiqi niyə aşağı düşür? Qaz sayğaclarının quraşdırılması üçün abonentlər pul ödəməlidirmi? Qaz xəttinin çəkilməsi üçün texniki şərtlər nədən ibarətdir? Qaz sızması nəticəsində baş verən qəzalardan necə sığortalanmaq olar? Tamaşaçıların çoxsaylı zəngləri elə canlı yayımda peşəkarcasına cavablandırıldı.

Qeyd edək ki, Trend.az, Day.az, Milli.az -ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur.

Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR