Serenay Bakıda belə əyləndi - VİDEO

Serenay Bakıda  belə əyləndi - VİDEO
16:48 26 Oktyabr 2016
130 Şou
Ölkə mətbuatı
A- A+

“İkimizin yerinə” filminin Bakıda keçirilən qalasında iştirak etmək üçün şəhərimizin qonağı olan Serenay Sarıkaya sosial şəbəkədə GİF formatında foto paylaşıb.

Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında çəkilmiş şəklini instaqramda paylaşan aktrisa hər kəsə təşəkkür edib: “Yolu sevgidə birləşən, salonları dolduran, doymayıb bir daha gedən, dəstəklərini, gözəl şərhlərini əsirgəməyən, mənə ilk filmində bu qədər əvəzsiz duyğular yaşadan gözəl insanlar, böyük hərflərlə, bağıra-bağıra sizi sevirəm. Həm də çox…Yaxşı ki varsınız”.

Xatırladaq ki, "İkimizin yerine" filminin qala gecəsi axşam saat 19:00-da Nizami Kinoteatrında baş tutub.

Filmdə baş rolu Serenay Sarıkaya və Nejat İşlər oynayıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/173628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR