Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kapital Bank”dan oğurluq etmək istəyən sürücüyə 8 İL HƏBS

"Kapital Bank”dan oğurluq etmək istəyən sürücüyə 8 İL HƏBS

Qadın bankdan kredit götürdü (22 Mart 2017 18:17)
"Kapital Bank"dan Novruz endirimləri (09 Mart 2017 12:33)
"Kapital Bank" kredit faizlərində endirim kampaniyasına başlayıb (09 Mart 2017 10:52)

Tarix: 26 Oktyabr 2016 16:49

 

"Kapital Bank”dan oğurluğa cəhddə təqsirləndirilən həmin bankın sürücüsü Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, H. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən ilin iyulunda “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib.

 

Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.

 

Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi “isti izlər”lə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

 


Teqlər:  Kapital Bankdan oğurluq etmək istəyən sürücüyə İL HƏBS



RƏYLƏR


Top xəbərlər