Müəllim və polislərə psixoloji yardım göstərilsin - TƏKLİF

Müəllim və polislərə psixoloji yardım göstərilsin - TƏKLİF
16:52 26 Oktyabr 2016
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Polis və müəllimlərə psixoloji yardım göstərilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təklif Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında "Psixoloji yardım haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.

Qeyd olunub ki, polislərə hər hansı cinayətkar dəstənin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatdan əvvəl və sonra mütləq psixoloji yardım göstərilməlidir.

İclasda millət vəkilləri hesab edirlər ki, əməliyyat zamanı polislərdə bir sıra psixoloji problem yarana bilər, eləcə də əməliyyatda həmkarının yaralanması və ya həlak olması onlara sonradan ciddi psixoloji problemlər yarada bilər. Ona görə də belə əməliyyatdan öncə və sonra bu tip yardımlar vacib sayılır.

Həmçinin fövqəladə hallar orqanlarında çalışan əməkdaşlara da psixoloji yardımın göstərilməsi məqsədəuyğun hesab edilib.

İclasda müəllimlərə də psixoloji yardımın göstərilməsi və müəllimlərin işə götürülməzdən əvvəl psixoloji testdən keçməsi təklif olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR