Moldovanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq

Moldovanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq
16:52 26 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Moldovanın Azərbaycandakı səfirliyində oktyabrın 30-da adıçəkilən ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçki məntəqəsi açılacaq.
"Report" xəbər verir ki, bununla əlaqədar MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının əməkdaşları Moldovanın Bakıdakı səfirliyində açılacaq seçki məntəqəsində müşahidə aparacaq.
Qeyd edək ki, Moldova prezidenti olmaq uğrunda 10 namizəd mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/moldovanin-azerbaycandaki-sefirliyinde-prezident-seckileri-ile-elaqedar-secki-menteqesi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR