Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsə hökm oxunub

Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsə hökm oxunub

Date: 26 October 2016 16:57

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinə (DİN) zəng edərək metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
“Report”un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.İsmayılov 5 il müddətinə azadlıqdfan məhrum edilib.
Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.
O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olnub.

Tags:  Bakıda metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsə hökm oxunub

RƏYLƏR


Top news