Baş kardioloq: "Televiziya proqramlarında iştirak edən həkimlərə nəzarət olunmalıdır"

Baş kardioloq: "Televiziya proqramlarında iştirak edən həkimlərə nəzarət olunmalıdır"
17:12 26 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın müxtəlif televiziya kanallarındakı proqramlarda iştirak edən həkimlərə nəzarət olunmalıdır.

Milli.Az bildirir ki, Respublikanın baş kardioloqu Faiq Quliyev APA-ya açıqlamasında deyib ki, müxtəlif növ xəstəliklərlə bağlı əhali düzgün məlumatlandırılmalıdır.
 
"Amma bu gün müxtəlif televiziya proqramlarında həkimlər, hansısa mərkəzlər özünü reklam edir. Bu, düzgün deyil. O reklama, proqramlara cəlb olunan həkimlərə görə kimsə məsuliyyət daşımalıdır. Onların, doğrudan da, sahəsi üzrə mütəxəssis olub-olmadığı müəyyənləşdirilməlidir. Bəzən proqramlarda kardioloqlar çıxış edir, amma bu sahənin mütəxəssisi kimi mən onları tanımıram", - deyə o vurğulayıb.
 
F.Quliyev qeyd edib ki, televiziya reklamlarına nəzarət edilməlidir: "Əgər bu nəzarət olmasa, sabah zəhər də reklam edərlər. Bu gün həkim işləmək istəyənlər müəyyən sertifikasiyadan keçir, sonradan 5 il ərzində fəaliyyət göstərmək üçün razılıq alır. Reklam olunan həkimin fəaliyyəti, işləmək icazəsinin olub-olmaması yoxlanılmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR