İŞİD-in zəhəri Türkiyəni səhraya çevirəcək – Bir gün qaldı

İŞİD-in zəhəri Türkiyəni səhraya çevirəcək – Bir gün qaldı
17:13 26 Oktyabr 2016
153 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının Mosul ətrafında yandırdığı kükürddən yüksələn tüstü buludları Türkiyəyə doğru hərəkət edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər sabah şərqi və cənubi-şərqi Anadoluya çatacaq buludlardakı zəhərin turşu yağışları şəkildə yağa biləcəyini bildiriblər.

“CO2 (karbon qazının konsentrasiyaları –red.) və digər qazlar Türkiyəyə doğru gələcək. Eyni zamanda, sabah cənubi-şərqi və sərqi Anadoluda yağış gözlənilir. Bölgədə yüksək nəmlə birlikdə turşu yağışları müşahidə edilə bilər. CO2 havadakı nəmliyin artması ilə H2SO4-ə (sulfat turşusu –red.) çevriləcək. Turşu yağışı yalnız insanlara deyil, təbiətdəki bütün canlılara təsir edəcək. Xüsusilə, əkin sahələri böyük zərər görə bilər”, - NTV kanalının meteorologiya redaktoru Gökhan Abur bildirib.

Mütəxəssislər zəhərli qazdan qorunmaq üçün əhalini evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.

İŞİD-in Mosul ətrafında kükürd istehsal edən zavodu yandırmasından sonra yaranan mənzərəni Amerika Milli Kosmik Agentliyi (NASA) peykdən çəkib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR