Azərbaycan və Təbriz iş adamları əməkdaşlığa dair razılığa gəliblər

Azərbaycan və Təbriz iş adamları əməkdaşlığa dair razılığa gəliblər
17:22 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) İranın Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
"Report"un Konfederasiyaya istinadən verdiyi xəbərə görə, görüşdə İranın rəsmi şəxsləri ilə yanaşı, Şərqi Azərbaycan vilayətinin 30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, həmçinin ASK-nın məsul şəxsləri də iştirak ediblər.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov Azərbaycan və İran iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini bildirib. V.Zeynalov qeyd edib ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkədə əlverişli şərait yaradılıb və İran iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. İlin sonunadək İranda keçirilməsi nəzərdə tutulan İran-Azərbaycan biznes-forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı da istisna edilməyib.
Təbriz Ticarət Palatasının üzvü Əlirza Purağabalayi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Qonaq ASK ilə yaxından əməkdaşlıq etmək arzusunda olduqlarını dilə gətirib, qarşı tərəfi daha sıx əməkdaşlığa dəvət edib.
Görüşdə Təbriz iş adamları ilə azərbaycanlı həmkarları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən razılığa gəlinib.


Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-ve-tebriz-is-adamlari-emekdasliga-dair-raziliga-gelibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR