Komitə sədri: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır"

Komitə sədri: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır"
17:22 26 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Beyləqan rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumsta görə, tədbir Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev konfransın əhəmiyyətini vurğulayıb, ölkədə tarixən hökm sürən multikultural mühitin bu gün də davam etdiyini, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycandakı dini tolerantlıq, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.
Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, dini radikalizm və ekstremizmin fəsadlarından, bu kimi halların qarşısının alınması yollarından bəhs edib. O bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.
Milli Məclisin deputatı Şahin İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin qazısı Ramazan Hüseynov konfransda çıxış edərək, ölkədə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur. 


Xəbərin orijinal ünvanı: http://report.az/din/komite-sedri-azerbaycanda-dini-radikalizme-qarsi-mubarize-qanun-cercivesinde-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR