Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putinin göz bəbəyi kimi qoruduğu “Şeytan” dünyanı məhv edəcək - FOTOLAR

Putinin göz bəbəyi kimi qoruduğu “Şeytan” dünyanı məhv edəcək - FOTOLAR

Tarix: 26 Oktyabr 2016 17:23

Rusiyanın Fransa böyüklüyündəki bir ərazini kül edə biləcək gücə sahib termonüvə raketi “Satan 2”-nin fotoları ortaya çıxıb.

Publika.az
xəbər verir ki, 10 min kilometr məsafəni vura bilən “Satan 2” termonüvə raketi bir neçə ton ağırlığında döyüş başlığı daşıya bilir.

“Şeytan” adlandırılan “RS-28” raketinin 2018-ci ildə “SS-18” raketlərini yerini alacağı gözlənilir.

“Satan 2” termonüvə raketi ABŞ-ın II Dünya Müharibəsində Hirosima və Naqasakiyə atdığı atom bombasından iki min dəfə güclüdür. Bu raketin atılması dünyanın məhvinə səbəb ola bilər.

Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin 16 nüvə başlığı daşıya bilən “Satan 2”-ni göz bəbəyi kimi qoruyur. Raketin radardan gizlənmək özəlliyi də var.

Rusiya “Satan 2” raketi ilə Moskvadan Londonu asanlıqla vura bilər.

Asif










Teqlər:  Putinin göz bəbəyi qoruduğu Şeytan dünyanı məhv edəcək FOTOLAR



RƏYLƏR


Top xəbərlər