Məktəbəqədər hazırlıq qrupu niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA

Məktəbəqədər hazırlıq qrupu niyə ləğv edilib? - RƏSMİ AÇIQLAMA
17:33 26 Oktyabr 2016
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ildən respublikada ödənişsiz məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Lakin qısa zaman keçməsinə baxmayaraq Bakı şəhəri 248 saylı məktəbin rus bölməsində məktəbəhazırlıq qrupu artıq ləğv edilib. Məktəb rəhbərliyindən valideynlərə bildiriblər ki, səbəb müəllim çatışmazlığıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda məsələyə aydınlıq gətirilib: “Bakının Binəqədi rayonundakı 248 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsi üzrə dövlət hesabına 2 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Sonradan həmin məktəbdə rus bölməsi üzrə 1 məktəbəhazırlıq qrupunun yaradılmasına təşəbbüs göstərilib. BŞTİ tərəfindən 248 nömrəli məktəbdə rus bölməsi üzrə məktəbəhazırlıq qrupunun yaradılması nəzərdə tutulmadığı üçün həmin təşəbbüsün ləğv olunması tövsiyə edilib”.

Məlumatda vurğulanıb ki, 248 nömrəli məktəbə rus bölməsi üzrə məktəbhazırlıq qruplarına cəlb olunmaq üçün müraciət edən 30 uşağın məlumatları BŞTİ-yə göndərilib: “Hazırda həmin uşaqların məktəbəhazırlıq qruplarına cəlbinə İdarə tərəfindən kömək edilməsi imkanları müzakirə olunur. Əlavə olaraq bildiririk ki, 2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə 20 min 400-ə yaxın uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb edilib.

Eyni zamanda vurğulayırıq ki, dövlət hesabına yaradılmış məktəbəhazırlıq qrupları fəaliyyətə başladıqdan sonra heç bir qrup ləğv olunmayıb”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR