Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Wi-Fi” texnologiyası iki dəfə daha sürətli olacaq

“Wi-Fi” texnologiyası iki dəfə daha sürətli olacaq

Date: 26 October 2016 17:35

Tezliklə “Wi-Fi” texnologiyası daha sürətli olacaq. Belə ki, “Wi-Fi Alliance” şirkəti “WiGig” adlı yüksəksürətli standartı dəstəkləyəcək smartfon, noutbuk, router və başqa qurğuların sertifikatlaşdırılmasına başlayır. Sözügedən standart “Wi-Fi” texnologiyasının maksimal sürətini iki dəfə artıracaq. “WiGig” standartını dəstəkləyən cihazlar 2017-ci ildə satışa çıxarılacaq.

“Wi-Fi Alliance”ın hesabatlarına əsasən, “WiGig” yalnız təxminən 10 metr məsafədə işləyəcək. “Wi-Fi Alliance”ın marketinq üzrə vitse-prezidenti Kevin Robinson belə həlli "otaq texnologiyası" adlandırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 10 metr distansiyanın “WiGig” standartı üçün kifayət qədər ciddi məhdudiyyət olmasına baxmayaraq, yeni texnologiya kifayət qədər imkanlara malikdir. Məsələn, virtual reallıq (VR). Hazırda VR şlemin oyun konsolu ilə birgə istifadəsi üçün naqil tələb olunur, çünki simsiz standartlar məlumatların ötürülməsi üçün lazımi sürəti təmin edə bilmir. Naqillər isə  öz növbəsində hərəkəti məhdudlaşdırır. Sürətli “WiGig” standartı isə “VR” qarniturların istifadəsini asanlaşdıracaq.

Müasir smartfon, noutbuk və routerlərin əksəriyyəti maksimal sürəti 4.5 Qbit/s təşkil edən “Wi-Fi 802.11 ac” standartını dəstəkləyir. “WiGig”ə məxsus “802.11 ad” standartı isə 8 Qbit/s-dək sürəti təmin edəcək.

Emil Hüseynov



Tags:  Wi-Fi texnologiyası iki dəfə sürətli olacaq


RƏYLƏR


Top news