Putin və Yanukoviç arasındakı GİZLİ RAZILAŞMA

Putin və Yanukoviç arasındakı GİZLİ RAZILAŞMA
17:53 26 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Kerç boğazı vasitəsilə körpünün tikintisi barədə tapşırığı hələ 2013-cü ildə - Maydan hadisələri və Krımın zəbt edilməsinə qədər vermişdi.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının “Xalq Cəbhəsi” fraksiyasının üzvü Anton Qeraşenko “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bunu Rusiya prezidenti köməkçisi Vladislav Surkovun sındırılmış elektron poçtundan əldə olunan məlumatlar da göstərir. Ali Radanın deputatı qeyd edib ki, körpünün tikintisi barədə tapşırıq Putin və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Soçi görüşündə əldə etdiyi gizli razılaşmaların bir hissəsi idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR