Qar Yardımlıda 30 kəndi işıqsız qoydu

Qar Yardımlıda 30 kəndi işıqsız qoydu
17:58 26 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, Yardımlıya yağan qar rayonda ciddi fəsadlara səbəb olub.

Rayon icra başçısının birinci müavini Azər Xamıyev Publika.az-a bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq kəndlərdə elektrik enerjisinin verilişində problemlər yaranıb: “Rayon mərkəzinə 20-30, ucqarlara 50 sm-ə qədər qar yağıb. Ağacların yarpaqları tam tökülmədiyinə görə qar ağırlıq edib və onlarla ağac aşıb. Həmçinin hava şəraiti ilə əlaqədar olaraq elektrik dirəkləri də aşıb və nəticədə 30-a yaxın kəndə elektrik enerjisinin verilişində problemlər yaranıb. Hazırda elektrikin bərpa edilməsi istiqamətində iş aparılır”.

A.Xamıyevin sözlərinə görə, qar avtomobil yollarında problem yaratmayıb. Sadəcə bəzi kəndlərə minik avtomobillərinin hərəkətində çətinliklər var.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR