Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb

Azərbaycan millisinin üzvü "Trabzonspor"un heyətində meydana çıxıb

Date: 26 October 2016 18:02

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində meydana çıxıb. "Report"un məlumatına görə, hücumçu "Çorum Belediyyespor"la keçirilən görüşün start heyətində yer alıb. 
Qaradəniz təmsilçisi ilk hissəni məğlub başa vurub. Millinin hücumçusu ikinci hissədə əvəzlənib və yerini Mehmet Ekiciyə verib. "Trabzonspor" bərabərlik qolunu matçın 89-cu dəqiqəsində vurub.
90 dəqiqə 1:1 hesablı heç-heçə ilə başa çatdığından, komandalar əlavə vaxtda münasibətlərinə aydınlıq gətirib. 109-cu dəqiqədə "Trabzonspor"un vurduğu qol komandanı növbəti mərhələyə daşıyıb.

Tags:  Azərbaycan millisinin üzvü Trabzonsporun heyətində meydana çıxıb

RƏYLƏR


Top news