Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

Ağdamdan Zəngilana qədər olan ərazilər... – Putini “mat” edən PLAN

Date: 26 October 2016 18:03

“Dağlıq Qarabağ möhkəmləndirilmiş status alır, lakin müstəqil olmur. Ermənistan tərəfi işğal olunmuş beş rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – qaytarır. Ardınca vəziyyətə nəzarət etmək və digər ərazilərin taleyini müəyyən etmək üçün bölgəyə sülhməramlılar daxil olur”.

Publika.az xəbər verir ki, bu barədə “Yaxın Şərq-Qafqaz” tədqiqatlar mərkəzinin direktoru, rusiyalı politoloq Stanislav Tarasov Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edərkən mümkün ssenarini açıqlayıb.

Ermənilərin dostu olaraq tanınan Tarasov “atəşkəsə nəzarət mexanizminin” qurulmamasına diqqət çəkərək, bunun vacibliyindən danışıb.

Lakin daha sonra o, real vəziyyəti və Bakının diplomatik manevrlərinin verəcəyi nəticələri etiraf etməyə məcbur olub.

“Əlverişsiz hadisələr zamanı Bakı Qarabağa öz statusunu verə bilər. Hansı ki, bu geniş muxtariyyətdən ibarətdir. Yaxud “aralıq status” əvəzinə rayonların azad olunmasına nail ola bilər. Fikrimcə, Azərbaycan hədəfinə nail olmaq üçün Avrasiya kartını oynayacaq və Moskvanı Qarabağı öz tərkibində muxtariyyət verilməsinə razı salacaq. Qərbin əks həmləsi olarsa, Bakı danışıqlar prosesində üç maddədən biri olan “öz müqəddəratını təyin etmə” prinsipindən ümumiyyətlə, imtina edərək, hərəkətə keçəcək. İndi bütün bu gözləntilər fonunda Moskvada və İrəvanda nələrin baş verəcəyidir”, - deyən Tarasov Bakının uğurlu manevrlərinin nəticəsində İrəvanın zərər çəkəcəyindən narahatlığını dolayısı ilə dilə gətirib.

Asif


Tags:  Ağdamdan Zəngilana olan ərazilər Putini mat edən PLAN


RƏYLƏR


Top news