Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib

Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib

Rəssam olmağı bacarmayan Hitlerin çəkdiyi rəsm (14 Mart 2017 16:24)
Hitlerin rəsm əsəri nümayiş etdirildi - (13 Mart 2017 22:22)
Dünya ulduzunun oyuncaq prototipi hazırlandı (12 Mart 2017 15:24)

Tarix: 26 Oktyabr 2016 18:07

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanlı gənc rəssam, beynəlxalq müsabiqələrin laureatı Nərgiz Quliyeva dünya şöhrətli opera müğənnisi Anna Netrebkoya "Qadın obrazı - Anna Netrebko" adlı rəsm əsərini hədiyyə edib.
"Report" xəbər verir ki, rəsm əsəri Rusiyanın Bolşoy Teatrında Cakomo Puççininin "Manon Lesko" operasının baş rollarını Anna Netrebko və Yusif Eyvazovun ifa etdiyi premyerası münasibətilə yaradılıb.
Bolşoy Teatrdakı premyeradan sonra gənc rəssam Anna Netrebkoya hörmət və onun yaradıcılığına olan sevgi əlaməti olaraq ona hədiyyə göndərib.
Qeyd edək ki, Nərgiz Quliyeva Azərbaycan Rəssamlıq Akademiyasının məzunudur və o, Almaniya, Fransa, Azərbaycan və Türkiyədə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. 

Teqlər:  Azərbaycanlı rəssam dünya şöhrətli opera müğənnisinə rəsm əsərini hədiyyə edib



RƏYLƏR


Top xəbərlər